28/05/2022
13:25
2422
| A A A
Bayern hücumçusu üçün 40 milyon avro tələb edir

Bayern Münich-in hücumçusu Serj Qnabri mövsümün sonu klubu tərk edəcək.

Goal.az xəbər verir ki, alman futbolçunun Bayern-lə müqaviləsi gələn il başa çatır və Qnabri Münhen klubuyla yeni müqavilə imzalamaq istəmir. Bu səbəbdən Bayern 26 yaşlı futbolçunu yay transfer pəncərəsində satmaq istəyir.

Qeyd edək ki, Bayern Qnabri üçün ən az 40 milyon avro tələb edir.