28/05/2022
14:00
2067
| A A A
Leipzig-dən Liverpool-a

Liverpool hücumçusu Məhəmməd Salahın yerinə Leipzig-in yarımmüdafiəçisi Kristofer Nkunkunu nəzərdən keçirir.

Goal.az xəbər verir ki, Liverpool 29 yaşlı misirli futbolçunu 2023-cü ildən sonra (müqaviləsi bitdikdən sonra) da saxlamaq niyyətindədir.

Lakin Salah komandadan ayrılmaq qərarına gələrsə, Mersisayd klubu indidən başqa variantları da nəzərdən keçirir. Bu variantlardan biri də Nkunkudur. Liverpool futbolçunun nümayəndələri ilə son həftələrdə iki görüş keçirib.

24 yaşlı Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə edib. (sportinfo)