Liverpool 80 milyonluq transfer edir
Liverpool Benfica-nın hücumçusu Darvin Nunyesi transfer etmək istəyir.
Goal.az xəbər verir ki, Mersisayd təmsilçisi artıq 22 yaşlı hücumçunun transferi ilə bağlı ilkin danışıqlara başlayıb.
Benfica-nın Darvin üçün təxminən 80 milyon avro tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, Nunyes son mövsümdə 41 matçda 34 qol vurub və 4 məhsuldar ötürmə edib.