20/06/2022
12:07
6114
| A A A
Beyl daha bir klubun hədəfinə düşüb

Aston Vila Uels millisinin kapitanı Qaret Beyli heyətinə qatmağı düşünür.

Goal.az xəbər verir ki, ulduz futbolçu Premyer Liqa təmsilçisinə keçəcək potensial oyunçular siyahısındadır.

33 yaşlı hücumçu azad agent statusu daşıdığından, bir çox klubun maraq dairəsindədir. Newcastle United, və Tottenham komandaları da onu heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, Beyl 2013-cü ildən çıxış etdiyi Real-dan bu yay ayrılıb.