21/06/2022
15:33
5390
| A A A
Ajax-dan Manchester United-ə

Manchester United ilk transferini reallaşdırmaq üzərədir.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" Ajax-ın hücumçusu Antonini heyətinə qatacaq. MU braziliyalı futbolçu üçün 50 milyon avro ödəyəcək. 

Qeyd edək ki, geridə qalan mövsüm Antoni Ajax-ın heyətində 23 oyun keçirib, 8 qol vurub və 4 assist edib.