Kavani Madrid klubuna keçə bilər
Manchester United-in keçmiş futbolçusu Edinson Kavani karyerasına İspaniyada davam edə bilər.
Goal.az xəbər verir ki, uruqvaylı futbolçu özünü Rayo Vallecano klubuna təklif edib. Kavani DÇ-2022-yə qədər çoxlu oyun praktikası əldə etmək istəyir. Vallecano rəhbərliyi bu transfer təklifini oyunçunun yüksək maaşı səbəbindən rədd etmək məcburiyyətində qalıb.