22/06/2022
11:23
3384
| A A A
Milan-ın yeni transfer hədəfi

Milan yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Goal.az xəbər verir ki, "rossoneri"lər Sassuolo-nun futbolçusu Hamed Traore ilə yaxından maraqlanır. 22 yaşlı futbolçunun Sassuolo ilə 2024-cü ilə qədər müqaviləsi var. 

Milan Traore üçün Sassuolo-ya 22 milyon avro ödəməli olacaq. 

Qeyd edək ki, Traore geridə qalan mövsüm Sassuolo-nun heyətində 32 oyun keçirib, 8 qol vurub və 4 assist edib.