Fenerbahçe növbəti transferə hazırlaşır
Fenerbahçe heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisi Konyaspor-un mərkəz müdafiəçisi Abdulkerim Bardakçını transfer etmək üzrədi.
Klublar arasında ilkin razılıq əldə olunub. Fenerbahçe 27 yaşlı futbolçu üçün qarşı tərəfə 3,3 milyon avro ödəyəcək.
Abdulkerim 2020-ci ildən Konya təmsilçisində çıxış edir. O, başa çatan mövsümdə bütün turnirlərdə 34 oyuna çıxıb. (sportal)