22/06/2022
20:20
1873
| A A A
Yarmolenko Premyer Liqa klubunun hədəfində

West Ham-dan ayrılan və hazırda azad agent olan Andrey Yarmolenko yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Goal.az xəbər verir ki, ukraynalı futbolçuyla Fulham yaxından maraqlanır. Fulham Yarmolenkoya 1 illik sözləşmə təklif edəcək.

Qeyd edək ki, Çempionşipdə çempion olan Fulham yeni mövsümdən artıq Premyer Liqada çıxış edəcək.