23/06/2022
11:50
2510
| A A A
Krasnodar-dan Galatasaray-a

Krasnodar-ın yarımmüdafiəçisi Qrzeqorj Krixovyak Galatasaray-a keçə bilər.

Goal.az xəbər verir ki, agenti İstanbul klubuna polşalı futbolçunun xidmətini təklif edib. Galatasaray 32 yaşlı oyunçu ilə bağlı qərarını yeni baş məşqçi təyinatından sonra verəcək.

Xatırladaq ki, Krixovyak 2021/2022 mövsümünün ikinci hissəsini Yunanıstan AEK klubunda keçirib.