Dzyuba Yunanıstan çempionatına keçə bilər
Zenit-in keçmiş forvardı Artyom Dzyuba karyerasına Yunanıstanda davam edə bilər.
Goal.az xəbər verir ki, 33 yaşlı futbolçuyla Olympiacos yaxından maraqlanır. Yunanıstan təmsilçisi Dzyubaya ilinə 1 milyon avro qazanacağı müqavilə təklif edib.