23/06/2022
19:53
3108
| A A A
Qarabağ-dan ayrılan futbolçu Partizan-a keçdi

Qarabağ yarımmüdafiəçisi Patrik Andrade ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Goal.az xəbər verir ki, Ağdam klubu Kabo Verde yığmasının üzvü olan futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və uğurlar arzulayıb.

Patrik Serbiyanın Partizan klubuna transfer olunub. O, 29 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Andrade yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Yarımmüdafiəçi 2020-ci ildən Qarabağ-da çıxış edirdi.

GÜNÜN ƏN ÇOX OXUNANLARI