Vitsel La Liqaya keçir
Borussia Dortmund-dan ayrılan Aksel Vitsel karyerasını İspaniyada davam etdirəcək.
Goal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Atletico Madrid-lə anlaşıb.
Vitsel yaxın zamanda Madrid klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 33 yaşlı oyunçu ötən mövsümdə Borussia ilə 41 matçda 2 qolla yadda qalıb.