24/06/2022
10:26
3381
| A A A
Ayaz Quliyev klubunu dəyişir

Rusiya Arsenal-ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev Axmat komandasına keçəcək.

Goal.az xəbər verir ki, bu barədə Çempionat nəşrinə vəziyyətlə tanış olan mənbədən məlumat daxil olub.

Moskva Spartak-ının yetirməsi olan Quliyevin Arsenal klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Transfermarkt ona 700 min avro qiymət qoyub.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm Arsenal-ın heyətində 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Klub Rusiya Premyer Liqasını sonuncu pillədə başa vurub və Rubin-lə birlikdə I Liqaya enib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI