26/06/2022
13:28
6007
| A A A
Liverpool Salahın qiymətini açıqladı

Liverpool futbolçusu Məhəmməd Salahı satmağa hazırdır.

Goal.az xəbər verir ki, "qırmızılar" Real Madrid-in maraqlandığı hücumçu üçün 70 milyon avro tələb edib.

Liverpool Darvin Nunyesin gəlişindən sonra Salahı satmağa müsbət yanaşır. Mersisayd klubu misirlinin satışından böyük gəlir götürmək istəyir.

Klubla müqaviləsi 2023-cü ilin yayına qədər olan 30 yaşlı futbolçu ötən mövsüm 51 oyunda 31 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.