Simeone La Liqa klubuna keçə bilər
Verona-nın hücumçusu Covanni Simeone karyerasına İspaniyada davam edə bilər.
Goal.az xəbər verir ki, argentinalı futbolçuyla Sevilla yaxından maraqlanır. Atletico Madrid-in baş məşqçisi Dieqo Simeonenin oğlu olan Covanni geridə qalan mövsümdə Verona-nın heyətində 17 qol vurmağı bacarıb.