26/06/2022
17:13
3627
| A A A
Ozan Tufan İngiltərə klubuyla razılaşdı

Fenerbahçe-nin üzvü Ozan Tufan karyerasını Hull City-də davam etdirəcək.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə İngiltərə klubu arasında razılıq əldə olunduğu bildirilib.

Ozan Tufan yaxın günlərdə İngiltərəyə gedəcək. O, tibbi müayinədən keçdikdən sonra Hull City ilə rəsmi müqavilə imzalayacaq.