27/06/2022
10:10
2037
| A A A
Barcelona ilə Bayern Levandovskinin transferində razılığa gələ bilmir

Barcelona və Bayern 33 yaşlı polşalı hücumçu Robert Levandovski ilə bağlı müqavilənin şərtlərində razılığa gələ bilmirlər.

Goal.az xəbər verir ki, Bayern-nın polyak üçün 60 milyon avro tələb etdiyi bildirilir. Lakin Barcelona futbolçunun yaşını və Münhen klubu ilə başa çatan müqaviləsini nəzərə alaraq, bu məbləği ödəməyə hazır deyil.

Qeyd edək ki, futbolçu ilə PSG də maraqlanır. (report)