MU müdafiəçisini Barcelona-ya satmadı
Barcelona yay transfer pəncərəsində heyətinə yeni müdafiəçi qatmaq istəyir.
Goal.az xəbər verir ki, Kataloniyalılar Manchester United-in müdafiəçisi Hari Maqvayerlə maraqlanırdı. MU rəhbərliyi isə futbolçunu satmayacağını bildirdi.
Qeyd edək ki, ingiltərəli futbolçunun Mançester klubuyla 2025-ci ilə qədər müqaviləsi var.