27/06/2022
14:18
1789
| A A A
Juventus-dan Roma-ya

Roma yay transfer pəncərəsində heyətinə yeni yarımmüdafiəçi qatmaq istəyir.

Goal.az xəbər verir ki, paytaxt klubu Juventus-un futbolçusu Artur Melo ilə yaxından maraqlanır. Braziliyalı futbolçunun Juve ilə 2025-ci ilə qədər müqaviləsi var. 

Juventus Artur Melonu satmaq niyyətində deyil, buna səbəb Turin klubunun 25 yaşlı futbolçu üçün Barcelona-ya 72 milyon avro ödəməsidir.