Torino-dan Monaco-ya
Monaco yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.
Goal.az xəbər verir ki, Fransa klubu Torino-nun futbolçusu Andrea Belotti ilə yaxından maraqlanır. İtalyan futbolçunun Torino ilə sözləşməsi bu ayın sonu başa çatır. Monaco Belottiyə 2025-ci ilə qədər nəzərdə tutulmuş müqavilə təklif edib.