Sterlinq Manchester City-dən ayrılır
Chelsea və Manchester City hücumçu Rahim Sterlinqin transferində razılıq əldə etməyə yaxındır.
Goal.az xəbər verir ki, "şəhərlilər" futbolçusunu 45 milyon funt-sterlinqə satmağa razılaşıb. Keçidin yaxın günlərdə tamamlanacağı gözlənilir.
Qeyd edək ki, Sterlinq 2015-ci ildən Manchester City-də çıxış edir.