05/07/2022
12:00
1897
| A A A
Chelsea Ronaldonu istəyir

Chelsea Portuqaliya millisinin və Manchester United-in futbolçusu Kriştirano Ronaldonu transfer etmək istəyir.

Goal.az xəbər verir ki, London təmsilçisinin yeni sahibi Todd Byoli ötən ay 37 yaşlı hücumçunun agenti Jorje Mendeşlə görüşüb. Əsas müzakirə mövzularından biri təcrübəli forvardın "zadəganlar"a mümkün keçidi olub.

Qeyd edək ki, daha əvvəl Kriştiano Ronaldonun Manchester United-i tərk etmək istədiyi və agentinə ona klub tapmasını tapşırdığı barədə xəbərlər yayılıb. Lakin "qırmızı şeytanlar" aparıcı futbolçusunu satmaq niyyətində deyil. (report)