Liverpool-dan Juventus-a
Liverpool-un hücumçusu Roberto Firmino klubu tərk edə bilər.
Goal.az xəbər verir ki, braziliyalı futbolçuyla Juventus yaxından maraqlanır. Turin klubu Firmino üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Firminonun Liverpool-la 2023-cü ilin yayına qədər müqaviləsi var.
Ötən mövsüm 30 yaşlı forvard Liverpool-un heyətində 35 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.