05/07/2022
16:43
3101
| A A A
Manchester United Ronaldonu bir şərtlə satmağa razıdır

Manchester United hücumçusu Kriştiano Ronaldonu bir şərtlə satmağa hazırdır.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqadan kənar bir klubun 37 yaşlı hücumçunun həftəlik 500 min funt sterlinqlik müqavilə öhdəliyini öz üzərinə götürməsini istəyir.

Portuqaliyalı forvard bu yaxınlarda Manchester United-dən ayrılmaq istədiyini bildirib və agentindən yeni komanda tapmasını xahiş edib. Lakin Mançester təmsilçisi Ronaldunun təlim-məşq toplanışına qatılmasını gözləyir. (report)