05/07/2022
23:11
1678
| A A A
Ayaz Quliyev Premyer Liqanın digər təmsilçisinə keçə bilər

Rusiya Arsenal-ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev Ximki komandasına keçə bilər.

Goal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin Müşahidə Şurasının üzvü Roman Teryuşkov açıqlama verib.

O, 26 yaşlı yarımmüdafiəçinin tezliklə komandaya cəlb oluna biləcəyini istisna etməyib.

Qeyd edək ki, Moskva Spartak-ının yetirməsi olan Quliyevin Arsenal klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Transfermarkt ona 700 min avro qiymət qoyub.(report)