Breytveyt gələcəyi ilə bağlı qərar verib
Barcelona-nın hücumçusu Martin Breytveyt komandanı tərk etmək fikrində deyil.
Goal.az xəbər verir ki, Kataloniya klubu danimarkalı futbolçunu 8 milyon avro qarşılığında satmağa razıdır, lakin Breytveyt Barça-da qalmaq istəyir.
31 yaşlı futbolçunun Barcelona ilə 2024-cü ilə qədər müqaviləsi var.