04/08/2022
14:47
1707
| A A A
Braziliya klubu Kriştiano Ronaldonu transfer etmək istəyir

Braziliyanın Korintians klubu Manchester United-in hücumçusu Kriştiano Ronaldonu transfer etməkdə maraqlıdır.

Goal.az xəbər verir ki, bu barədə klubun prezidenti Duilio Monteyro məlumat verib.

"Bəli, mən onun yanımızda olmasını istərdim. Özümü Korintians üçün daha yaxşı ola biləcək hər şeyi sınamağa borclu hesab edirəm. Bilmirəm, alınacamı? Biz bu istiqamətdə heç bir addım atmamışıq. Amma ayıq-sayıqıq. Birdən Ronaldo Braziliyada oynamaq istəyər”, - Monteyro bildirib.

Ronaldu 2021-ci ilin payızının əvvəlində Manchester United-ə qayıdıb. Futbolçu 2021/22 mövsümündə "qırmızı şeytanlar"ın heyətində 39 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib. (report)