06/08/2022
11:15
1930
| A A A
Bentekenin yeni klubu müəyyənləşdi

Crystal Palace-ın futbolçusu Kristiyan Benteke klubunu dəyişib.

Goal.az xəbər verir ki, belçikalı futbolçu karyerasına DC United-də davam edəcək. 

Qeyd edək ki, 2012-ci ildə Belçika çempionatından Aston Villa-ya keçən Benteke, klubda 101 oyun keçirdi, 49 qol vurdu və 12 məhsuldar ötürmə etdi. Daha sonra Bentekenin Liverpool-a transferi uğursuz oldu və 31 yaşlı hücumçu Crystal Palace-a satıldı.