Shakhtar Qarabağ-ın rəqibindən futbolçu alıb
Ferencvaros-un və Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkov Shakhtar-a keçib.
Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Tərəflər arasında transfer şərtləri açıqlanmayıb.
Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.
Qeyd edək ki, Ferencvaros III təsnifat mərhələsində Qarabağ-a rəqib olub. İki komanda arasında Bakıda keçirilmiş ilk matç heç-heçə ilə yekunlaşıb - 1:1. Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtındakı "Groupama Arena"da keçiriləcək. (report)