06/08/2022
14:55
951
| A A A
Türkiyə klubu fransalı ilə anlaşdı

Alanyaspor heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi fransalı yarımmüdafiəçi Arnaud Lusambanı heyətinə qatıb.

25 yaşlı futbolçu ilə üç illik müqavilə imzalanıb.

Onun sonuncu komandası Amien olub.

Lusamba Nice, Brügge və Nancy-də də çıxış edib. (sportal)