06/08/2022
15:19
1128
| A A A
Neftçi futbolçu Arveladzenin oğlunu transfer edib

Neftçi daha bir gürcüstanlı futbolçu transfer edib.

Goal.az xəbər verir ki, bu, 24 yaşlı Vaxtanq Arveladzedir.

O, ikinci hücumçu mövqeyində çıxış edir.

"Ağ-qaralar" daha əvvəl qonşu ölkədən mərkəz müdafiəçisi Solomon Kvirkveliyanı heyətinə qatıb.

Qeyd edək ki, qısaca Vaxo kimi tanınan Vaxtanq Arveladzenin atası Revaz Arveladze Almaniyanın Hamburg komandasında oynayarkən həmin ölkədə doğulub. V.Arveladze Türkiyədə Kasımpaşa-nın ikinci komandasında, Polşada Korona klubunda legioner həyatı yaşayıb. Onun sonuncu klubu Türkiyənin Fatih Karagümrük komandası olub. Məşhur Şota və Arçil Arveladze qardaşları Vaxtanqın əmiləridir.

Əvvəllər Neftçi Şota Arveladzeni baş məşqçi kimi komandaya gətirmək istəyib.