Lille-də yeni müdafiəçi
Lille heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Toulouse-dan Bafode Diakiteni transfer edib. 21 yaşlı fransız müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Gənc futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək. Toulouse yetirməsinin transferindən 3 milyon avro qazanıb.
Bafode Diakite 2018-ci ildən Toulouse-nın əsas komandasında forma geyinirdi.