06/08/2022
21:34
2543
| A A A
Schalke hücum xəttini gücləndirdi

Schalke heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi İsveç milli komandasının hücumçusu Cordan Larssonu heyətinə qatıb. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Spartak Moskva ilə müqaviləsinə xitam verən 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Almaniya klubu bu keçidə görə ruslara heç bir təzminat ödəməyəcək. Futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək.