14/08/2022
18:54
1777
| A A A
Belotti Türkiyə nəhənginin hədəfində

Andrea Belottiyə daha bir klub elçi düşüb.

Goal.az xəbər verir ki, Galatasaray italiyalını heyətinə qatmaq istəyir.

Türkiyə klubu futbolçuya təklif hazırlayıb. İstanbullular Roma-ya keçməyə yaxın olan hücumçunu ələ keçirməyə çalışır.

Galatasaray Belottiyə 3 illik müqavilə təklif edəcək. Futbolçu ildə 3,3 milyon avro və əlavə bonuslar qazanacaq.

Qeyd edək ki, Andrea Torino-yla müqaviləsi başa çatandan sonra azad agent statusuna malikdir.