Firmino La Liqa nəhənginin hədəfində
Liverpool-un hücumçusu Roberto Firmino karyerasını İspaniyada davam etdirə bilər.
Goal.az xəbər verir ki, 30 yaşlı braziliyalı forvardın xidmətində Atletico Madrid maraqlıdır. Madrid klubu futbolçunu heç bir pul ödəmədən transfer etmək istəyir.
Firmino bu mövsüm Premyer Liqada 5 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.