Barcelona-nın kapitanı MLS-ə keçə bilər
Barcelona-nın kapitanı Serxio Buskets ABŞ-ın İnter Miami klubu ilə danışıqlar aparır.
Goal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında Kataloniya təmsilçisindən ayrılacaq.
Qeyd edək ki, Serxio Buskets 2008-ci ildən Barcelona-da çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. İnter Miami İngiltərə millisinin və Manchester United-in sabiq futbolçusu Devid Bekhemə məxsusdur. (report)