22/09/2022
15:24
3160
| A A A
Olympiacos-da rəsmi ayrılıq

Qarabağ-ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan Olympiacos-u futbolçusu Kostas Manolasla yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano şəxsi tvitter hesabında paylaşım edib.

31 yaşlı yunanıstanlı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin Al-Sharjah klubunda davam etdirəcək.

Qarabağ Olympiacos-a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını bir həftə sonra Bakıda keçirəcək.