Suarezin yeni klubu bilindi
Liverpool və Barcelona klubunun sabiq futbolçusu Luis Suarezin yeni komandası bəlli olub.
Goal.az xəbər verir ki, son olaraq ölkəsində, Nacional-da çıxış edən uruqvaylı hücumçu ABŞ təmsilçisi Los-Angeles Galaxy-yə keçəcək.
Qeyd edək ki, Suarezin klubu ilə müqaviləsi 2022-ci ilin sonunda başa çatacaq. 35 yaşlı forvard Nacional ilə Uruqvay çempionatının qalibi olub. O, cari mövsüm bütün turnirlərdə 16 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.