Bayern-dən Real Madrid-ə
Bayern-in və Kanada millisinin futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.
Goal.az xəbər verir ki, Real Madrid 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.
Madrid təmsilçisinin rəhbərliyi oyunçunun çıxışını bəyənir və bu transferdə israrlıdır.
Qeyd edək ki, 2018-ci ildən Bayern-in formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.