Al Nassr daha bir ulduzu hədəf aldı
Kriştiano Ronaldonu transfer etmək istəyən Al Nassr daha bir ulduz futbolçu ilə maraqlanır.
Goal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi PSG-də çıxış edən Serxio Ramosun xidmətində maraqlıdır. Al Nassr rəsmiləri yaxın zamanda 36 yaşlı futbolçunun nümayəndələri ilə görüşəcək.
Ramosun PSG ilə sözləşməsi 2023-cü ilin yayına qədərdir.