30/12/2022
20:21
11072
| A A A
Enzo Fernandes Premyer Liqa nəhəngiylə razılaşdı

Chelsea Benfica-nın yarımmüdafiəçisi Enzo Fernandesi transfer etmək üçün danışıqları davam etdirir.

Goal.az xəbər verir ki, London klubu 21 yaşlı argentinalının razılığını alıb. Zadəganlar hazırda Portuqaliya təmsilçisiylə danışıqlar aparır.

Transfermarkt portalı keçən yay River Plate-dən Benfica-ya transfer olunan argentina millisinin üzvünü 55 milyon avro kimi dəyərləndirir.