18/01/2023
19:44
5188
| A A A
Kvaratsxeliya Premyer Liqa nəhənginin hədəfində

Manchester City Napoli-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə maraqlanır.

Goal.az xəbər verir ki gürcüstanlı futbolçu bir neçə Premyer Liqa klubunun diqqətini çəkib. Ən çox maraq göstərən isə "şəhərlilər"dir.

Mümkün sövdələşmənin dəyəri 50 milyon funt sterlinq kimi qiymətləndirilir.