Bayern-də ayrılıq
Bayern-in futbolçusu Marsel Sabitzer bu ilin yayında klubu tərk edəcək.
Goal.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb. Onun yerini Leipzig-in müdafiəçisi Konrad Laymer tutacaq. Laymerin Münhen təmsilçisi ilə iyulda müqaviləsi qüvvəyə minəcək.
Qeyd edək ki, M.Sabitzer 2021-ci ilin yayında Bayern-ə keçib. O, bu mövsüm 23 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.