Sporting-dən Tottenham-ə
Tottenham daha bir futbolçunu heyətinə qatmağa yaxındır.
Goal.az xəbər verir ki, London təmsilçisi 23 yaşlı müdafiəçi Pedro Porronun keçidi ilə bağlı Portuqaliyanın Sporting klubu ilə razılaşmanın son mərhələsindədir. Klub artıq futbolçu ilə müqavilənin şəxsi şərtlərini razılaşdırıb.
Porro ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, futbolçu bu mövsüm Sporting-in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 4 qol vurub və 9 qolun ötürməsini verib.