Anderlecht-dən Borussia Dortmund-a keçdi
Borussia Dortmund heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Dortmund təmsilçisi Anderlecht-in yetirməsi Julyen Duranvili transfer edib.
16 yaşlı hücumçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Almanlar bu transferə görə Belçika klubuna 8.5 milyon avro təzminat ödəyiblər.