28/01/2023
17:53
2423
| A A A
Azərbaycan millisinin futbolçusu Gürcüstan klubunda

Azərbaycanın U-21 millisinin və “Sabah”ın futbolçusu Abdulla Xaybulayev Gürcüstanın “Samtrediya” klubuna keçib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə müqavilə imzalayıb.

Müqavilənin detalları açıqlanmayıb.

Xaybulayev “Sabah”da 15, yığmada isə 3 oyun keçirib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI