18/02/2023
18:22
1996
| A A A
Olympiacos-da ayrılıq

Braziliya millisinin sabiq futbolçusu Marselo Yunanıstan Olympiacos-undan ayrılır.

Goal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Pirey təmsilçisi ilə müqaviləsini pozmağa hazırlaşır.

Buna səbəb təcrübəli oyunçunun başqa klubdan sərfəli təklif almasıdır. O, adı açıqlanmayan komanda ilə artıq şəxsi sözləşməsini və maliyyə şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Marselo ötən ilin sentyabrında Olympiacos

-

la 1+1 illik müqavilə imzalayıb. "Sambaçı" bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI