Manchester United 16 yaşlı futbolçu transfer edib
Manchester United yeni transfer reallaşdırıb.
Goal.az xəbər verir ki, klub Cardiff City-dən 16 yaşlı hücumçu Qabriel Byançerini sıralarına qatıb. Onunla 4 illik müqavilə imzalanıb.
Futbolçu sosial şəbəkədə yeni klubun forması ilə fotosunu yerləşdirib və yazıb: "Növbəti mövsümə hazırsınız?"
Britaniya mətbuatında yer alan xəbərlərə görə, uelsli forvard hələlik Manchester United-in gənclərdən ibarət komandasında oynayacaq. Lakin onun yaxın gələcəkdə əsas komandaya qoşulması planlaşdırılır.
Qeyd edək ki, Biançeri bu mövsüm Cardiff City-nin U-18 komandasının heyətində 12 qol vurub.