01/03/2023
12:48
3934
| A A A
Ronaldo Səudiyyə Ərəbistanında ayın futbolçusu seçilib

Al-Nasr klubunun hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında fevral ayının ən yaxşı futbolçusu seçilib.

Goal.az xəbər verir ki, portuqaliyalı forvard azarkeşlərin səsverməsi nəticəsində bu ada layiq görülüb.

38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 8 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu ötən ilin dekabrında Al-Nasr-ə transfer olunub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI